Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub
19.02.2026 [11:44]
Xəbərin mətni
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan və bir müddət əvvəl də avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunan 99-L-768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov saxlanılıb.