"Qara Sivilizasiya" Muzeyinin kuratoru: Biz istismarçı və talançı reallıqlar çərçivəsində yaşamaq məcburiyyətində deyilik
19.02.2026 [17:07]
Xəbərin mətni
Belə konfranslar dünyanın müxtəlif yerlərindən olan insanları dialoq üçün bir araya gətirir. Afrika diasporu çox genişdir və bu kimi məsələləri müzakirə etmək üçün hər zaman bir araya gəlmək imkanı olmur. Bu baxımdan, dekolonizasiya və müstəmləkəçilik mövzusunda keçirilən belə görüşlər mühüm əhəmiyyət daşıyır. Bu sözləri dekolonial tədqiqatlar sahəsində multidisiplinar tədqiqatçı, "Qara Sivilizasiya" Muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro söyləyib.