Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnam Kərimov: Məhkəmələrdə İKT-nin inkişafı və süni intellektin tətbiqi mürəkkəb işlərin analizində əhəmiyyətli rol oynayacaq

20.02.2026 [11:21]

Xəbərin mətni

2025-ci il, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də mühüm nailiyyətlərlə yadda qalıb. Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş tədbirlər, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, qarşılıqlı anlaşma memorandumlarının imzalanması, eləcə də Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiqləyib. Bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakıda keçirilən Azərbaycan Hakimlərinin II Forumunda açılış nitqi zamanı səsləndirib.