Tərk edilmiş meymun balası yumşaq oyuncaqla təsəlli tapır
20.02.2026 [11:44]
Xəbərin mətni
İnternet məkanında Yaponiyanın İtikava şəhərinin zooparkı tərəfindən hekayəsi paylaşılan Panç adlı makaka ilə bağlı video geniş populyarlıq qazanıb. Meymun balası yayda doğulub, lakin dərhal anası tərəfindən rədd edilib və zoopark əməkdaşlarının himayəsinə verilib.