Sənan Hacıyev: Hakimlər Forumu hesabatlılıq və gələcək planların müzakirəsi baxımından mühüm platformadır
20.02.2026 [13:28]
Xəbərin mətni
Azərbaycan Hakimlərinin II Forumunun keçirilməsində əsas məqsəd hakimlərin ötən il ərzində həyata keçirdikləri fəaliyyətin hesabatlılığının təmin edilməsi, eyni zamanda, qarşıdakı dövr üçün prioritetlərin və gələcək planların müzakirəsidir. Bunu Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.