Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdarə rəisi: Elektron prokurorluq sistemi cinayət statistikasının operativ təhlilini təmin edir

20.02.2026 [15:52]

Xəbərin mətni

Elektron prokurorluq informasiya sisteminin tətbiqi cinayət təqibindən kənar icraatların səmərəliliyinin artırılmasında mühüm rol oynayır və cinayətkarlıq vəziyyətinin real vaxt rejimində təhlilinə imkan yaradır. Bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsallaşma və süni intellektin tətbiqi imkanları" adlı panel müzakirəsi zamanı bildirib.