Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sənan Hacıyev: Tam elektron məhkəmə icraatı vətəndaşların ədalət mühakiməsinə çıxışını asanlaşdıracaq

20.02.2026 [16:30]

Xəbərin mətni

Məhkəmə-hüquq sistemində tam elektron icraata mərhələli keçid və onlayn məhkəmə mexanizmlərinin genişləndirilməsi ədalət mühakiməsinin daha əlçatan, operativ və şəffaf həyata keçirilməsinə imkan yaradacaq. Bu fikri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində "Rəqəmsallaşma və süni intellektin tətbiqi imkanları" adlı panel müzakirəsi zamanı səsləndirib.