Azərbaycan Dövlət İnformasiya Agentliyi

DGK sədrinin müavini: Gömrük sahəsində hüquqi münasibətlərin mürəkkəbliyi sistemli və preventiv yanaşma tələb edir

20.02.2026 [16:43]

Xəbərin mətni

Gömrük orqanlarının fəaliyyəti yalnız malların, nəqliyyat vasitələrinin və şəxslərin gömrük nəzarətindən keçirilməsi ilə məhdudlaşmır. Bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Güloğlan Muradlı Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən “İnzibati orqanların fəaliyyətində məhkəmə rolu: Təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi (dəyişdirilməsi), inzibati praktikada bərabər yanaşma və etimadın qorunması” adlı ikinci panel müzakirəsi zamanı bildirib.