Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hakimlərin peşə nüfuzunun və sosial təminatının gücləndirilməsi üzrə tədbirlər davam etdiriləcək

20.02.2026 [17:45]

Xəbərin mətni

Hakimlərin peşə nüfuzunun qorunması, onların hüquqlarının müdafiəsi və peşəkar inkişafının təmin edilməsi Azərbaycan Hakimlər İttifaqının fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bunu Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.