Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sürücü mədəniyyəti: zolaqlarda necə hərəkət edilməlidir?

20.02.2026 [19:12]

Xəbərin mətni

Zolaqlar üzrə nizamlı hərəkət yol mədəniyyətinin əsas göstəricilərindən biridir. Lakin paytaxtın bəzi yollarında avtomobillərin onlar üçün ayrılmış zolaqlardan kənara çıxaraq digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdığı müşahidə olunur. Belə ərazilərdən biri də Atatürk prospektindən Gənclik metrosu istiqamətinə gedən yoldur.