Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əbülfət Rzayev: Əməliyyat-axtarış fəaliyyətində dövlət sirrinin qorunması vacib şərtdir

20.02.2026 [20:33]

Xəbərin mətni

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 14-cü maddəsinə əsasən, bu tədbirlərin təşkili və həyata keçirilməsi zamanı istifadə olunan vasitələr, mənbələr, üsullar və nəticələr, habelə maliyyələşmə göstəriciləri dövlət sirri hesab olunur və mühafizə edilir. Bu barədə Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində "Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar" mövzusunda keçirilən 3-cü panel müzakirəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev bildirib.