Kollegiya sədri: İnsan taleyini həll edən qərarların süni intellektə həvalə edilməsi böyük təhlükə ilə nəticələnə bilər
20.02.2026 [21:16]
Xəbərin mətni
Süni intellektdən istifadə edən ölkələrin demək olar əksəriyyətində biz konkret nümunə çəkə bilmirik ki, bilavasitə məhkəmə qərarı süni intellekt tərəfindən verilsin və süni intellekt məhkəmə qərarını əvəz etsin. Süni intellekt tərəfindən qərarların mahiyyəti üzrə qəbul edilməsi istənilən halda məhkəməyə müraciət edən tərəflərin ədalətli mühakimə hüququnun pozulması ilə nəticələnə bilər. AZƏRTAC xəbər verir ki, bu fikirlər Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində "Rəqəmsallaşma və süni intellektin tətbiqi imkanları" adlı panel müzakirəsi zamanı səsləndirib.