Səfir: Yaponiya regionda davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımı alqışlayır
20.02.2026 [22:12]
Xəbərin mətni
1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri ötən üç onillik ərzində Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin tarixinə nəzər saldıqda, bu əlaqələrin davamlı şəkildə inkişaf etdiyini görürük. Əməkdaşlığımız siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil də daxil olmaqla, geniş sahələri əhatə edib. Xalqlarımız arasında birbaşa mübadilələr və ölkələrimiz arasında fəal əməkdaşlıq bu gün paylaşdığımız dərin bağların möhkəmlənməsində mühüm rol oynayıb. AZƏRTAC xəbər verir ki, bu fikirləri Yaponiya İmperatorunun doğum günü münasibətilə keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Katsuya Vatanabe deyib.