Ülviyyə Fətəliyeva: Azərbaycan çempionatı hər il keçirilən ən nüfuzlu və önəmli yarışlardan biridir
22.02.2026 [23:44]
Xəbərin mətni
Azərbaycan çempionatı hər il keçirilən ən nüfuzlu və önəmli yarışlardan biridir. Bu turnirə hazırlaşmaq, burada iştirak etmək həm şəxsi, həm də psixoloji baxımdan kifayət qədər gərgin və məsuliyyətli bir prosesdir. Bu dövr bizim üçün həm stressli, həm də həyəcanlı keçir. AZƏRTAC xəbər verir ki, bu sözləri ilk dəfə şahmat üzrə Azərbaycan çempionu olan Ülviyyə Fətəliyeva deyib.