Şəhriyar Məmmədyarov: Azərbaycanlı gənclər ildən-ilə daha da güclənirlər
22.02.2026 [23:45]
Xəbərin mətni
Sözsüz ki, çıxış etdiyimiz hər yarışda birinci olmaq istəyirik. Son illər bu rəqabət davamlı şəkildə artır və artıq ikinci ildir ki, finalda məğlub oluram. Əlbəttə, bu mərhələyə çatmaq asan deyil, amma peşəkar şahmatçı üçün finala yüksəlmək özü böyük uğurdur. AZƏRTAC xəbər verir ki, bu sözləri şahmat üzrə Azərbaycan çempionatında ikinci olan Şəhriyar Məmmədyarov deyib