Ülvi Mehdiyev: "ASAN xidmət" modelində müasir texnologiyaların tətbiqi vətəndaş və dövlət üçün əhəmiyyətlidir
23.02.2026 [12:08]
Bu tədbirin keçirilməsi ənənəvi xarakter alıb. Hər ilin əvvəlində ötən ilin hesabatını dinləyirik, uğurlu nəticələri paylaşırıq. "Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə verilmiş tapşırığa əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi həyata keçirilir. Bu prosesin icrası 2025-ci ildə də davam etdirilib. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair keçirilən tədbirdə deyib.