Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallıda ailə biznesinin uğuru: ABAD-ın dəstəyi ilə kiçik təsərrüfatdan iri market şəbəkələrinə

23.02.2026 [16:31]

Xəbərin mətni

Masallı rayonunun Sərçuvar kənd sakini Hüseynağa Nəcəfov uzun illərdir ailə biznesi ilə məşğuldur. O, əsasən tərəvəz məhsullarının yetişdirilməsi və konservləşdirilməsi sahəsində fəaliyyət göstərərək, həm ailəsinin dolanışığını təmin edir, həm də yerli istehsalın inkişafına töhfə verir.