Kibertəhlükəsizlik üzrə kadr hazırlığı bazası: “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası
24.02.2026 [11:46]
Xəbərin mətni
Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası fəaliyyətə başlayıb. Bu təşəbbüs ölkəmizdə dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə insan kapitalının gücləndirilməsi, kadrların əməliyyat hazırlığının artırılması və kritik sahələrdə kibertəhlükəsizlik dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin tərkib hissəsidir.