TİM sədri: Türkiyə və Azərbaycan arasında mövcud olan fürsətləri reallaşdırmaq üçün çox çalışmalıyıq
24.02.2026 [13:45]
Xəbərin mətni
Türkiyə və Azərbaycan bu coğrafiyanın 2 güclü dövlətidir. Ancaq ölkələrimiz arasındakı ticarət həcmi arzuolunan səviyyədə deyil. Son zamanlarda ticarət həcmimiz 7 milyard dollara çatıb. Tək millət, iki dövlət olaraq biz bu həcmin 15 milyard dolları ötməsini hədəfləyirik. Bu sözləri Türkiyə İxracatçılar Məclisinin (TİM) sədri Mustafa Gültəpə “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və “B2B” görüşləri” tədbirində çıxışı zamanı deyib.