“Rossiya24”: Azərbaycan-Rusiya ticari əlaqələri ən yüksək səviyyəyə çatıb
27.10.2015 [13:55]
Rusiyanın “Rossiya24” telekanalı Azərbaycan və Rusiya əlaqələri ilə bağlı geniş süjet yayımlayıb.
Süjetdə qeyd olunur ki, iki ölkə arasında ticari əlaqələr ən yüksək səviyyəyə çatıb. Bildirilib ki, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz və bir neçə növ çay ixrac olunur, və birgə istehsalat populyarlaşmağa başlayır.