Azərbaycan Dövlət İnformasiya Agentliyi

İZİA: Ötən il sənaye zonalarında istehsal olunan 1,2 milyardlıq məhsul ixrac olunub

24.02.2026 [14:41]

Xəbərin mətni

2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib ki, bunun da 1,2 milyard manatı ixracın payına düşüb. Ötən illə müqayisədə istehsal 21,1 faiz, ixrac isə 13,4 faiz artıb. Bu gün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac olunur. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.