Səməd Seyidov: Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda və daha geniş coğrafiyada sabitliyin sütunlarıdır
24.02.2026 [19:02]
Xəbərin mətni
Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi, siyasi və mədəni sahələrdə sıx əməkdaşlıq mövcuddur. Tam əminliklə deyə bilərik ki, bu əməkdaşlıq artıq adi tərəfdaşlıq çərçivəsindən çıxaraq daha yüksək səviyyəyə çatıb. AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı səsləndirib.