Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gülzar Mustafayeva: Üç faciə arasında paralellər aparmaqla müharibənin dəyişməyən simasını göstərmək istədik

24.02.2026 [22:13]

Xəbərin mətni

Bu ideyanı təxminən üç ilə yaxındır düşünürdüm. Fikirləşirdim ki, bu mövzunu daha dolğun və təsirli formada necə ifadə edə bilərəm. Nəticədə CBC TV telekanalının baş direktoru Vüqar Xəlilovun dəstəyi və Azərbaycan Respublikasının Audiovizual Şurasının maliyyə yardımı ilə “Xocalı. Üç faciə — bir ağrı” sənədli filmi ərsəyə gəldi. Bu fikirləri AZƏRTAC-a açıqlamasında sənədli filmin ssenari və ideya müəllifi Gülzar Mustafayeva səsləndirib.