Horovluya köçən sakin: Doğma torpağıma qayıtdığım üçün çox sevinirəm
25.02.2026 [10:21]
Xəbərin mətni
Doğma torpağıma qayıtdığım üçün çox sevinirəm. Dövlətimizə minnətdaram ki, bayrağımızı yenidən o torpaqlarda ucaltdı. Allah Prezidentimizin canını sağ eləsin. Əsgərlərimiz canları bahasına torpaqlarımızı düşməndən azad etdilər. Buna görə böyük qürur və sevinc hissi keçirirəm. Bu sözləri Cəbrayıl rayonunun Horovlu kəndinə köçən keçmiş məcburi köçkün Nizami Kəlbəliyev söyləyib.