Nazir: Azərbaycanda plastik və estetik əməliyyatları həyata keçirməyə icazəsi olan 45 həkim var
26.02.2026 [11:51]
Xəbərin mətni
Hazırda Azərbaycanda plastik və estetik əməliyyatları həyata keçirməyə icazəsi olan 45 həkim var. Onların siyahısı dərc olunub. İlbəil onların sayı arta bilər. Çünki rezidenturanı bitirən, xaricdə təhsil alıb qayıdan həkimlər var. Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.