XRİTDX: İnformasiya təhlükəsizliyi üzrə “Təhdidlər və həllər” kataloqunda 167 təhdid üzrə məlumat yerləşdirilib
27.02.2026 [15:54]
Xəbərin mətni
İnformasiya təhlükəsizliyi üzrə təhdidlərin sistemləşdirilməsi məqsədilə “Təhdidlər və həllər” kataloqunun vahid elektron portalı - threats.cert.gov.az - istifadəyə verilib. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Nadir Novruzov deyib.