Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah gündüz Bakıda havanın yağıntılı olacağı gözlənilir

02.03.2026 [13:25]

Xəbərin mətni

Azərbaycanda martın 3-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.