Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Məzun iş axtarmalı deyil, iş yeri açmalıdır

03.03.2026 [13:42]

Xəbərin mətni

Bu gün əsas trend odur ki, məzun iş axtarmamalıdır, məzun iş yeri açmalıdır. Bu gün “Sabahın alimləri” olaraq ayrı-ayrı layihələri təqdim edirsiniz. Siz layihələrinizi innovasiyaya çevirmək üçün məhsula çevirə bilməlisiniz. Məhsulunuz səmərə gətirərsə, o zaman innovasiyadır. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI