Mahirə Hüseynova: Kitab Qərbi Azərbaycanın toponimləri, deportasiyalarla bağlı məqalələrdən ibarətdir
04.03.2026 [10:56]
Xəbərin mətni
“Qərbi Azərbaycan: danışan izlərin işığında” adlı kitab Qərbi Azərbaycanın toponimləri, deportasiyalarla bağlı müxtəlif elmi və publisistik məqalələrdən ibarətdir. Əsərdə həyat hekayələri, bir neçə bədii nümunə və müəllif kimi mənim Qərbi Azərbaycanla bağlı ədəbi yaradıcılığımdan seçmələr də yer alıb. Bunu AZƏRTAC-a açıqlamasında “Qərbi Azərbaycan: danışan izlərin işığında” kitabının müəllifi, tanınmış dilçi-alim, şair-publisist, professor Mahirə Hüseynova (Nağıqızı) söyləyib.