Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyi: İran silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyirik

05.03.2026 [13:41]

Xəbərin mətni

Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.