Yaxın aylarda ekranlara Vətən müharibəsi mövzusunda filmlər çıxacaq
06.03.2026 [15:47]
Xəbərin mətni
Yaxın aylarda biz bir neçə yeni filmlə tamaşaçıların zövqünü oxşamağa çalışacağıq. Böyük ekranlara yeni, o cümlədən də Vətən müharibəsi mövzusunda filmlər çıxacaq. Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisin Mədəniyyət komitəsinin martın 6-da keçirilən iclasında çıxışı zamanı deyib.