Yel əsdi, bahar gəldi – Samuxda Yel çərşənbəsindən reportaj
10.03.2026 [18:58]
Xəbərin mətni
Xalqımızın ən ülvi duyğularının — sülhün, birliyin və mərhəmətin simvoluna çevrilən, təbiətin dirilişini müjdələyən Novruzun ab-havası artıq hər bir evdə hiss olunmaqdadır. Bu müqəddəs bayrama gedən yolda hər biri bir təbiət ünsürünü (Su, Od, Yel və Torpaq) təmsil edən dörd çərşənbə minillik yaddaşımızdan süzülüb gələrək həyatın yenilənməsini vəsf edir. Üçüncü çərşənbə olan Yel çərşənbəsi isə titrəyən budaqların, əsən mehin dili ilə "Bahar gəlir!" müjdəsini pıçıldayır.