Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib

11.03.2026 [11:58]

Xəbərin mətni

Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib. 11 vaqondan ibarət, ümumi çəkisi 1023 ton (netto 770 ton) olan taxıl Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb. Yükün müəyyən olunmuş marşrut üzrə daşınması tranzit qaydalarına uyğun şəkildə həyata keçirilir.