Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Aqrar Süni İntellekt layihəsi qərarverməni daha dəqiq edəcək

11.03.2026 [14:24]

Xəbərin mətni

2020-ci ildən etibarən qurulan Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla yanaşı, dövlət tərəfindən göstərilən dəstək mexanizmlərinin şəffaflığını, operativliyini və səmərəliliyini də ciddi şəkildə artırıb. Bu transformasiyanın yeni mərhələsi isə Aqrar Süni İntellekt layihəsidir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 11-də Milli Məclisdə keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.