Azərbaycan Dövlət İnformasiya Agentliyi

Petar Stoyanov: Qlobal Bakı Forumu geosiyasi vəziyyət səbəbindən ən önəmli platformalardan biri olacaq

11.03.2026 [17:45]

Xəbərin mətni

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın ən nüfuzlu təşkilatlarından birinə çevrilib. Biz sabiq və hazırkı siyasətçilər, intellektual şəxslər, mühəndislər və jurnalistlər olmaqla bir çox maraqlı insanı bir araya gətirə bilirik. Bu sözləri XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov deyib.