BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti: Azərbaycan mühüm istinad nöqtəsinə çevrilib
11.03.2026 [18:13]
Xəbərin mətni
Qlobal Bakı Forumunun builki mövzusu - keçid dövründə olan dünyada parçalanmaların aradan qaldırılması sözün əsil mənasında zamanın ruhuna uyğundur. Çünki hazırda şahidi olduğumuz və yaşadığımız reallıq məhz budur. AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa deyib.