Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Agentliyi: İstehlakçı hüquqları ilə bağlı müraciətlərin 30 faizi rəqəmsal sahə ilə bağlıdır

12.03.2026 [11:59]

Xəbərin mətni

Azərbaycanda istehlakçı hüquqları ilə bağlı daxil olan müraciətlərin təxminən 30 faizi rəqəmsal sahədə yaranan münasibətlərlə bağlıdır. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.