Timor-Leste Prezidenti: Sülhün təmin edilməsi üçün dialoq və əməkdaşlıq hər zaman prioritet olmalıdır
12.03.2026 [15:12]
Xəbərin mətni
Liderlik insanları təhlükəsizliyə, sülhə, barışa və inkişafa yönəldir. Bu, tarixi dərs bütün ölkələr, o cümlədən Azərbaycan üçün mühümdür. Bunu XIII Qlobal Bakı Forumunun iştirakçısı, Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzulu paneldə deyib.