Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir

12.03.2026 [19:31]

Xəbərin mətni

Bizim üçün enerji təhlükəsizliyi çoxtərəfli diplomatiyanın və çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinin aydın göstəricisidir. Xəzərdən Avropaya uzanan marşrut boyunca eyni baxışları paylaşan ölkələr bir araya gələrək hər kəs üçün uğurlu və qarşılıqlı fayda yaradan layihə həyata keçirirlər. AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzulu paneldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.