Azərbaycan Dövlət İnformasiya Agentliyi

Benita Ferrero-Valdner: Dövlət-özəl tərəfdaşlığına və qeyri-dövlət aktorlarının iştirakına xüsusi diqqət yetirilməlidir

12.03.2026 [19:34]

Xəbərin mətni

Avropa İttifaqı və bir çox digər təşkilatlarda qərar qəbulu vaxt aparsa da, biz daha sürətli ola bilərik. Qruplar tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, dövlət-özəl tərəfdaşlığına və qeyri-dövlət aktorlarının iştirakına xüsusi diqqət yetirilməlidir. AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzulu paneldə Avstriya Respublikasının sabiq xarici işlər naziri Benita Ferrero-Valdner deyib.