Azərbaycan Dövlət İnformasiya Agentliyi

İki ayda Qəbələyə 13 min 209 turist gəlib

13.03.2026 [11:39]

Xəbərin mətni

Bu ilin yanvar-fevral aylarında Qəbələyə 13209 turist gəlib. Əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib - 1369 nəfər. Bununla yanaşı Səudiyyə Ərəbistanından 1130 nəfər, Birləşmiş Ərəb Əmirliklərindən 373 nəfər, Küveytdən 232 nəfər, Pakistandan 219 nəfər, Bolqarıstandan 192 nəfər, İsraildən 113 nəfər, Rusiyadan 109 nəfər, Omandan 104 nəfər, Qətərdən 83 nəfər, Türkiyədən 75 nəfər, ABŞ-dan 35 nəfər, Ukraynadan 30 nəfər, digər ölkələrdən isə 1009 nəfər turist gəlib.