Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir
13.03.2026 [11:53]
Xəbərin mətni
Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibəti mövcuddur. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dəvət olunmuş ölkə kimi çıxış edir və bu təşəbbüsü dəstəkləyir. Bu, bir çoxumuz, xüsusən də inkişaf edən bir mühitdən gələnlər üçün vacib bir çağırışdır. Ölkəmiz beynəlxalq hüquqa əməl etmək bacarığının nə demək olduğunu yaxşı bilir. Çünki Azərbaycan uzun müddət beynəlxalq hüququn pozulmasından əziyyət çəkib. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunun ikinci günü çərçivəsində keçirilən “Çin və Qlobal İdarəetmə Təşəbbüsü” mövzusunda panel iclası zamanı söyləyib.