Anar Bağırov: Andiçmədən sonra vəkillərin sayı artacaq
13.03.2026 [12:13]
Xəbərin mətni
2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın üzvlərinin andiçmə və təltifetmə mərasimində çıxış edərkən deyib.