Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: “İki sessiya” dünyaya Çinin sabit inkişafını nümayiş etdirib

13.03.2026 [12:18]

Xəbərin mətni

Martın 4-dən 12-dək Pekində 14-cü Ümumxalq Xalq Nümayəndələri Konqresinin (ÜXNK) IV Sessiyası və “İki sessiya” kimi tanınan Çin Xalq Siyasi Məşvərət Konfransının (ÇXSMK) 14-cü Ümumxalq Komitəsinin IV sessiyası keçirilib. Bu sessiyalar Çinin siyasi həyatında əhəmiyyətli illik tədbirdir və dünyanın ölkənin inkişafını daha yaxşı başa düşməsi üçün mühüm bir pəncərədir. Bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey brifinqdə bildirib.