Tobias Elvud: Müharibə ticarəti çətinləşdirir və iqtisadi inkişafın qarşısını alır
13.03.2026 [13:12]
Xəbərin mətni
Hazırda dünyada təhlükəli və narahatedici geosiyasi proseslər baş verir. Münaqişə, müharibələr ticarəti çətinləşdirir və iqtisadi inkişafın qarşısını alır. Lakin dünyanı İkinci Dünya müharibəsi kimi böyük müharibə gözləmir. Buna baxmayaraq beynəlxalq ictimaiyyət müharibənin genişlənməsinin qarşısını almaq istiqamətində addımlar atmalıdır. Bu sözləri Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə sabiq Dövlət katibi Tobias Elvud XIII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Çin və Qlobal İdarəçilik Təşəbbüsü” adlı panel iclasında çıxış edərək deyib.