Diplomat: Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çatıb
13.03.2026 [13:57]
Xəbərin mətni
Ötən il Çin ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 30,2% artaraq 4,87 milyard dollara çatıb və ardıcıl üçüncü il üçün yeni rekord qırıb. 2026-cı ilin yanvar ayında iki ölkə arasında ticarət dövriyyəsi 420 milyon dollara çatıb və Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib. Bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey cümə günü keçirilən brifinqdə bildirib.