Azərbaycanda ÜDM-in həcmi 1,4 faiz artıb
13.03.2026 [16:58]
Xəbərin mətni
Hesabat ilində ölkədə ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 129,1 milyard manat olub. Bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.