Muxtar Babayev: Azərbaycan COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir
13.03.2026 [18:43]
Xəbərin mətni
Bakı Forumu çox böyük və səmərəli danışıqlar, müzakirələr platformasıdır. Çox sayda müzakirələr keçirilib və hazırda da davam edir. Əlbəttə ki, dünyada baş verən geopolitik müxtəlif faktorlar da müzakirə olunur. Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev deyib.