Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çexiyanın sabiq Baş naziri: Dünyada siyasi və iqtisadi parçalanma dərinləşir

13.03.2026 [21:44]

Xəbərin mətni

Hazırda dünyada müşahidə olunan əsas tendensiyalardan biri qlobal parçalanmanın güclənməsidir və bu proses beynəlxalq əməkdaşlıq üçün əlavə çətinliklər yaradır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Çex Respublikasının sabiq Baş naziri Jiří Rusnok XIII Qlobal Bakı Forumunda keçirilən “2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı bağlantı” mövzusunda paneldə səsləndirib.