Rəşad Nəbiyev: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modelini tətbiq edir
14.03.2026 [13:30]
Xəbərin mətni
Azərbaycan hökuməti süni intellekt, kibertəhlükəsizlik və biotexnologiya sahələrində innovasiyaları dəstəkləmək üçün çevik və davamlı idarəetmə modelini tətbiq edir. AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclasında deyib.